Gəncədə kafe yandı

HADİSƏ
21:49 23.05.2021
586
Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən kafedə qeydə alınıb.

Sözügedən ünvanda yerləşən kafedə anidən yanğın başlayıb. Hadisə yerinə FHN-ın yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, kafenin qalan hissəsi yanğında mühafizə olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

OXŞAR XƏBƏRLƏR