Gəncədə Kəlbəcər rayon sakini bıçaqlanıb

Gəncədə Kəlbəcər rayon sakini bıçaqlanıb
HADİSƏ
19:54 11.01.2025
605

Gəncə şəhərində Kəlbəcər rayon sakini bıçaqlanıb.

Hadisə məcburi köçkünlər üçün salınmış qəsəbədə qeydə alınıb.

Şəxsi münasibətlər zəmnində bıçaq xəsarəti alan Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlü M.Əhmədzadə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən isə Ağdam rayon sakini, 1986-cı il təvəllüdlü P.Qasımovdur.

Faktla bağlı araşdırma aparılır.
//report
OXŞAR XƏBƏRLƏR