Gəncədə kişi tanımadığı şəxs tərəfindən döyüldü

Gəncədə kişi tanımadığı şəxs tərəfindən döyüldü
SOSİAL
09:51 22.05.2020
561
Gəncədə döyülmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü İ.Rubkov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. 

Məlumata görə, İ.Rubkov küçədə tanımadığı şəxs tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR