Gəncədə minaatan mərmisi aşkarlanıb

Gəncədə minaatan mərmisi aşkarlanıb
SOSİAL
19:34 26.06.2017
841
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Gəncə şəhəri, Nizami rayonu, "Azərittifaq”ın yaxınlığındakı ərazidə Agentlik tərəfindən keçirilmiş əməliyyat barədə operativ məlumat yayıb.
 
ANAMA-dan AZXBER.COM -a verilən məlumata görə, bu gün saat 13:12-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Gəncə şəhəri, Nizami rayonu, "Azərittifaq”-ın yaxınlığında partlamamış hərbi sursatın (PHS) aşkar olunması barədə məlumat daxil olub.
 
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, 1 ədəd 50 mm-lik minaatan mərmisi (O-822) aşkar edilərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş minaatan mərmisinin ətrafında 100 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.
 

apa.az
OXŞAR XƏBƏRLƏR