Gəncədə minik maşını divara çırpıldı - Yaralılar var

Gəncədə minik maşını divara çırpıldı - Yaralılar var
HADİSƏ
18:54 06.12.2025
84
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində "Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.

Qəza zamanı 2 nəfər-1999-cu il təvəllüdlü R.Namazov və 2006-cı il təvəllüdlü G.Huseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR