Gəncədə minik maşını sərnişin avtobusuna ÇIRPILIB: Ölən və xəsarət alanlar var

Gəncədə minik maşını sərnişin avtobusuna ÇIRPILIB: Ölən və xəsarət alanlar var
HADİSƏ
20:09 27.11.2025
136
Gəncədə minik avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində xəsarət alanların son durumu açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyindən (TƏBİB) AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:50-də iki nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, 2004-cü il və 2005-ci il təvəllüdlü şəxslərə sol bazu sümüyünün, qabırğaların və biləyin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
OXŞAR XƏBƏRLƏR