Gəncədə minik maşını mopedlə toqquşub.
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Köhnə Avtovağzal adlanan ərazisində baş verib. Hərəkətdə olan Moped "VAZ 2107" ilə toqquşub.Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.










































