Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var

Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var
SOSİAL
22:17 09.11.2026
53
Gəncədə motosiklet "BakuBus" sərnişin avtobusu ilə toqquşub.

Hadisə şəhərin Ozan küçəsində baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü R.Paşayevin idarə etdiyi motosiklet "BakuBus"a məxsus sərnişin avtobusu ilə toqquşub.

Hadisə nəticəsində kuryer işləyən motosiklet sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR