Gəncədə müəllimlər qəzaya düşdü - Xəsarət alanlar var

Gəncədə müəllimlər qəzaya düşdü - Xəsarət alanlar var
HADİSƏ
14:36 25.06.2025
382
Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

VAZ-2107 markalı avtomobil digər maşınla toqquşub. Qəza nəticəsində Şəmkir rayon sakinləri 1967-ci il təvəllüdlü Rəna Əhmədova, 1969-cu il təvəllüdlü Məlahət Eyyubova və 1985-ci il təvəllüdlü Vasif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Vəziyyətləri kafidir.
Məlumat üçün bildirək ki, qəzaya düşən şəxslər Şəmkirdə orta məktəb müəllimləridir.
OXŞAR XƏBƏRLƏR