Gəncə sakinin evindən 7 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanıb.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölməsi üzrə Regional Şöbənin rəis əvəzi, polis polkovnik-leytenantı Rəfail İsmayılov verib.Onun sözlərinə görə təxminən bir ay keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli bilinən Gəncə şəhər sakini 1965-ci il təvəllüdlü Allahverdiyev Arif 300 qram narkotik vasitə olan marixuananı 300 ABŞ dollarına satmaq istəyərkən saxlanılıb. Onun yaşadığı mənzilə baxış keçirən zaman evindən daha 7 kiloqram marixuana aşkar edilərək götürülüb.Qeyd edək ki, son bir ayda Regional Şöbənin əməkdaşları 20 kiloqrama yaxın narkotik vasitə olan marixuananı dövriyyədən çıxarıblar. 2012-ci ildə isə 62 kiloqram narkotik vasitənin satışının qarşısı alınaraq məhv edilib.