Gəncədə bıçaqlanma hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, insident şəhər ərazisində qeydə alınıb.
Bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxsin 1988-ci il təvəllüdlü T. İsmayılov olduğu müəyyən edilib. Yaralı dərhal əməliyyata götürülüb və vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.










































