Gəncədə oğul 85 yaşlı anasını döydü

Gəncədə oğul 85 yaşlı anasını döydü
SOSİAL
17:28 03.06.2020
431
Gəncədə oğul 85 yaşlı anasını döyərək ona xəsarət yetirib. 

AZXEBER.COM-un "Report"a istinadən verdiyi məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. 

Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü Güləndam Köçəriyeva müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 

Yaxınlarının bildirdiyinə görə, qadını içki aludəçisi olan oğlu döyüb. Həkimlər G.Köçəriyevanın vəziyyətini kafi kimi qiymətləndirirlər.

Hadisənin səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR