Gəncədə partlayış - Ölən və xəsarət alanlar var

Gəncədə partlayış - Ölən və xəsarət alanlar var
SOSİAL
21:46 23.11.2022
366
Gəncədə partlayış baş verib.

Hadisə şəhərin Muxtar Hacıyev küçəsində yerləşən binada qeydə alınıb. Yaşayış binasında partlayış zamanı xəsarət alan 4 azyaşlı xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq 2020-ci il təvəllüdlü Z.Musayeva ölüb, 3 nəfərin vəziyyəti orta ağırdır. Hadisənin baş vermə səbəbləri araşdırılır.
 
///APA
OXŞAR XƏBƏRLƏR