Gəncədə polis döyüldü

Gəncədə polis döyüldü
SOSİAL
10:16 30.03.2018
2917
Gəncə şəhərində polis əməkdaşı döyülüb.

AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, hadisə Gəncə şəhərində, Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün salınmış yaşayış massivində baş verib. 

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşı, Göygöl rayonunun Üçtəpə kənd sakini, 1991-ci il təvəllüdlü Alışanov Səddam Azad oğlu döyülərək başından və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
OXŞAR XƏBƏRLƏR