Gəncədə qadın əri tərəfindən küçədə bıçaqlandı

Gəncədə qadın əri tərəfindən küçədə bıçaqlandı
HADİSƏ
19:05 07.12.2025
136
Gəncədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 1993-cü il təvəllüdlü Ə.Məmmədova bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Qadın dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə qadın həyat yoldaşı tərəfindən küçədə bıçaqlanıb.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR