Gəncədə qaz balonu partlayışı nəticəsində yaralananların sayı artıb

Gəncədə qaz balonu partlayışı nəticəsində yaralananların sayı artıb
HADİSƏ
20:13 21.03.2025
180
Gəncədə qaz balonu partlayışı nəticəsində yaralananların sayı ikiyə çatıb.

Qaz balonunun partlaması nəticəsində daha bir nəfər – 1966-cı il təvəllüdlü Aidə Ələkbərova da xəsarət alıb.

O, xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, hadisə nəticəsində onun oğlu 1995-ci il təvəllüdlü Abdulla Ələkbərov da xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hər ikisinin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR