Gəncədə qəza - 52 yaşlı qadın öldü

Gəncədə qəza - 52 yaşlı qadın öldü
HADİSƏ
22:35 10.05.2025
241
Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Qəza zamanı 1973-cü il təvəllüdlü Lətafət İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 52 yaşlı qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılsa da, təcili tibbi yardım avtomobilində dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlanılıb.
OXŞAR XƏBƏRLƏR