Gəncədə qəza - Yaralananlar var

Gəncədə qəza - Yaralananlar var
SOSİAL
15:58 22.07.2016
1112
Gəncədə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Hadisə Gəncənin qala qapılarının yanında qeydə alınıb. Goranboy rayon sakini 1993-cü il təvəllüdlü Röyal Quliyev idarə etdiyi “VAZ 2106” ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan dərəyə düşüb. Qəza zamanı sürücü və sərnişin, 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Sevinc Məmmədova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
APA.az
OXŞAR XƏBƏRLƏR