Gəncədə sərxoş gənc özünü bıçaqlayıb

Gəncədə sərxoş gənc özünü bıçaqlayıb
KRİMİNAL
13:04 11.10.2013
2296

Gəncə şəhər sakini 4 bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, səhər saat 5 radələrində Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Əliyev Şəhriyar Mübariz oğlu qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat olunan Ş. Əliyev reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Gəncə şəhər Baş Polis İdarəsindən  bildiriblər ki, 22 yaşlı gənc sərxoş vəziyyətdə özünə 4 bıçaq zərbəsi vurub. Onlardan ikisi daxilə keçən, ikisi isə yüngül olub. Faktla bağlı araşdırma aparılır.(APA)

 

OXŞAR XƏBƏRLƏR