Gəncədə polisi güllələdilər

Gəncədə polisi güllələdilər
SOSİAL
10:46 31.01.2018
4257
Gəncə şəhərində polis əməkdaşına odlu silahdan atəş açılıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. Gecə saatlarında hələki şəxsiyəti bilinməyən şəxs tərəfindən polis əməkdaşına odlu silahdan atəş açılıb. Polis əməkdaşı ayağından güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Vəziyyətin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Prakurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR