Gəncədə sirkə turşusundan zəhərlənən kişi öldü

Gəncədə sirkə turşusundan zəhərlənən kişi öldü
SOSİAL
21:56 16.11.2023
214
Gəncə şəhərində 37 yaşlı kişi sirkə turşusundan zəhərlənərək dünyasını dəyişib.

AZXEBER.COM teleqraf.com-a istinadən bildirir ki, hadisə Gəncə şəhər Məhsəti qəsəbəsi, 8-ci küçədə yerləşən evlərdən birində qeydə alınıb.

Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü Ə.Bağırov sirkə turşusundan zəhərlənib.

O, Zülfüqar Məmmədov adına 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR