Gəncədə tikintidə işləyən şəxs hündürlükdən yıxılaraq ölüb

Gəncədə tikintidə işləyən şəxs hündürlükdən yıxılaraq ölüb
SOSİAL
23:11 03.09.2020
568
Gəncədə bədbəxt hadisə baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Tağı Aranı küçəsindəki tikintidə qeydə alınıb.

Şəki rayonunun Böyük Zəyzid kənd sakini, 1991-ci il təvəllüdlü Azər Yusibov işlədiyi tikintidə yıxılıb. O aldığı ağır kəllə-beyin travmasından hadisə yerində keçinib. Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR