Gəncədə un fabrikində yanğın baş verdi

Gəncədə un fabrikində yanğın baş verdi
13:27 09.03.2013
1107

Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən un fabrikində teplovozun kabinə və mühərrik hissəsi yanıb.

Gəncə şəhər Yanğından Mühafizə İdarəsindənverilən məlumata görə, hadisə martın 9-da gecə saat 2 radələrində baş verib.

Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub və yanğının daha da böyüməsinin qarşısı alınıb.Qeyd edək ki, yanğın nəticəsində teplovoza qoşulmuş 9 yük vaqonundan ikisinin hər birində 85 ton taxıl yanıb. Teplovozun 7 vaqonu isə boş olub.Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

OXŞAR XƏBƏRLƏR