Gəncədə un fabrikində yanğın başlayıb

Gəncədə un fabrikində yanğın başlayıb
HADİSƏ
20:26 16.10.2025
113
Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.

Hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən "Araboğlu” un fabrikində baş verib.

İlkin məlumatlara əsasən, yanğın fabrikin zirzəmisində başlayıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
 
/APA
OXŞAR XƏBƏRLƏR