Gəncədə vəhşilik: ər arvadını küçədə öldürdü

SOSİAL
10:22 09.05.2016
4565
Mayın 8-i, axşam saat 21 radələrində Gəncə şəhər sakini, 23 yaşlı Samirə Həsənova bədənin müxtəlif nahiyələrinin coxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
AZXEBER.COM Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, tibb müəssisəsindən verilən məlumata görə, həkimlərin müdaxiləsinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. 2 azyaşlı oğlu olan Həsənovanın 31 saylı orta məktəbin yaxınlığında keçmiş həyat yoldaşı Gəncə şəhər sakini, 28 yaşlı Rövşən Ələsgərov tərəfindən bıçaqlandığı bildirilir. Şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR