Gəncədə Xocalıyla bağlı gənclərin tədbirləri davam etdirilir - FOTOLAR

GƏNCLİK
00:10 28.02.2014
1982

“İRƏLİ” İctimai Birliyi Gəncə şəhəri nümayendeliyi Xocalı soyqırımının andı. AZXEBER.COM-un məlumatına görə, “İRƏLİ” İctimai Birliyi Gəncə nümayendəliyi “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı faciəsinin 22-ci il dönümü ilə əlaqədar tədbirlər həyata keçirib. 26 fevral tarixində Xocalı faciəsinin 22-ci il dönümü ilə əlaqədar “İRƏLİ” İctimai Birliyi Gəncə nümayendəliyi tərəfindən Gəncə şəhərində “Xocalını unutma” adlı aksiya həyata keçirilib.

Aksiya çərçivəsində Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəyə səfər edilərək Xocalı abidəsi ziyarət edilib. Sonra təşkilat nümayendələri hərbi hissə ilə tanış olmuşlar. Burada Ermənilərin Azərbaycana qarşı törətdikləri ağır cinayətlər haqqında məlumat verilib, üzvlər tərəfindən müxtəlif fikirlər söylənilib. Eyni zamanda əsgərlərə müxtəlif kitablar paylanılıb.

Aksiyanın davamı olaraq şəhər sakinlərinə “Xocalı haqda 20 fakt” məlumatlandırıcı bukletlər və “Xocalı faciəsini unutmuruq” yazılı lentlə paylanılıb.

Aksiyanın məqsədi şəhər sakinlərinə tarix boyu erməni millətçilərinin xalqımıza qarşı törətdikləri ağır cinayətlər haqqında məlumat verməkdən ibarət olub.

OXŞAR XƏBƏRLƏR