Gəncədə yaşayış binasında yanğın olub, 15 nəfər təxliyyə edildi

Gəncədə yaşayış binasında yanğın olub, 15 nəfər təxliyyə edildi
SOSİAL
10:04 04.09.2018
2378

 Gəncədə yaşayış binasında yanğın olub. 

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, nəticədə yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m2 sahədə və 5-ci mərtəbədə ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m2 sahədə, 1 otağın qapısı və pəncərə çərçivəsi yanıb.

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

OXŞAR XƏBƏRLƏR