Gəncədə yaşayış evi yanıb

Gəncədə yaşayış evi yanıb
HADİSƏ
22:44 13.05.2025
392
Gəncə şəhəri, M.Müşfiq küçəsində fərdi yaşayış evində yanğın baş verши.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 97kv.m. olan birmərtəbəli evdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində dördotaqlı evin yanar konstruksiyaları 60kv.m. sahədə yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub.
OXŞAR XƏBƏRLƏR