Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirildi - FOTOLAR

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirildi - FOTOLAR
SOSİAL
16:18 08.11.2025
136
8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı genişmiqyaslı tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə 100-dən çox şəhid ailəsi və şəhid övladları iştirak ediblər.

Günün ilk mərhələsində iştirakçılar Gəncə Memorial Kompleksini ziyarət ediblər. Daha sonra şəhid övladları Uşaq Kitabxanasının ilk qonaqları olublar. Günün davamında isə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında uşaqlar üçün bədii kompozisiya nümayiş etdirilib.

Tədbir zamanı uşaqlar üçün xüsusi olaraq sağlam və gigiyenik qidalar təqdim edilib. 

Tədbirdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin Gəncə rayon filialının sədri Nemət Abdullayev, Vətən müharibəsi qəhrəmanı Anar Qasımov, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mahir Hüseynov iştirak ediblər.

Çıxış edənlər Zəfər Gününün əhəmiyyətindən, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıblar.

Bu cür tədbirlər şəhid övladlarının mənəvi inkişafına, mədəni həyata inteqrasiyasına və onların cəmiyyət tərəfindən daim diqqətdə saxlanılmasına xidmət edir.

Sonda qeyd edək ki, şəhid övladlarının tədbir məkanlarına təhlükəsiz və rahat şəkildə daşınması AYNA-nın dəstəyi ilə yüksək səviyyədə təşkil olunub.

Bu dəyərli təşəbbüsün həyata keçirilməsində əməyi olan bütün təşkilatçılara və dəstək göstərən şəxslərə şəhid ailələri adından dərin təşəkkürlər bildirilib.

Şəhid ailələri bu kimi tədbirlərin keçirilməsini yüksək qiymətləndirir, onların həm mənəvi dəstək, həm də ictimai həmrəyliyin təzahürü olduğunu qeyd ediblər. Onlar bu cür təşəbbüslərin gələcəkdə də davam etdirilməsini arzuladıqlarını və vacib hesab etdiklərini bildiriblər.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
19:27 18.06.2026
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
19:12 18.06.2026
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
18:59 18.06.2026
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
18:48 18.06.2026
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
18:37 18.06.2026
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
18:23 18.06.2026
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb
17:56 18.06.2026
Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb