Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Opel” markalı iki avtomobil, həmçinin "VAZ 2106” və "Hyundai” markalı minik maşınları toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
/APA