Gəncədəki partlayışda ölən və yaralananların - Adları

Gəncədəki partlayışda ölən və yaralananların - Adları
SOSİAL
14:21 20.11.2018
5258
Gəncədə baş verən partlayışla bağlı FHN rəsmi məlumat yayıb. 

AZXEBER.COM-un məlumatına görə, məlumatda deyilir: 

"Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin, 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun meyiti tapılaraq çıxarılmışdır.

Ümumilikdə, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılmış, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilmişdir. Əməliyyat davam edir. 

Əlavə məlumat veriləcək".
OXŞAR XƏBƏRLƏR