Gəncəyə 10 milyon manat ayrıldı

Gəncəyə 10 milyon manat ayrıldı
SOSİAL
18:56 26.09.2018
5242
Prezident İlham Əliyev Gəncə şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, dövlət başçısı Gəncə şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən avtomobil yollarının əsaslı təmiri və şəhərin küçələrinin işıqlandırılması işlərini həyata keçirmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 10,0 milyon manat ayırıb.
OXŞAR XƏBƏRLƏR