Gənclər arasında ağır koronavirus xəstələri var

Gənclər arasında ağır koronavirus xəstələri var
SOSİAL
20:18 09.06.2020
1126
Azərbaycanda koronavirusa yoluxanlar 50-59 yaş arasında 21 faiz, 30-39 yaş arasında 18 faiz, 40-49 yaş 15 faiz təşkil edib. Virus insandan insana yoluxduqca mutasiya olunmaq imkanı qazanır.
 
AZXEBER.COM xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, gənc yaşlarda olanlar arasında yoluxma sayının və xəstəliyi ağır keçirənlərin sayının artması müşahidə edilir.

"Yaşı 30-39-u əhatə edənlər arasında xəstəliyi ağır keçirənlər var. Belə hallar evdə müalicəyə cəhd edildikdə müşahidə edilir. İndiyə qədər virusa yoluxanların 54 faizini qadınlar, 46 faizini kişilər təşkil edir"
OXŞAR XƏBƏRLƏR