Gənclər arasında yayılan o problem hamını qorxudur - AÇIQLAMA

Gənclər arasında yayılan o problem hamını qorxudur - AÇIQLAMA
SOSİAL
23:29 19.05.2026
1210
Gənclər arasında "heç nəyə maraq yoxdur” düşüncəsi geniş yayılmağa başlayıb. Mütəxəssislər hesab edir ki, bunun əsas səbəblərindən biri sosial şəbəkələrə və virtual aləmə həddindən artıq bağlılıqdır. Gənclərin böyük hissəsi günün əhəmiyyətli hissəsini telefon, internet oyunları və sosial media platformalarında keçirdiyi üçün real həyatda fəaliyyətlərə, hobbilərə və sosial münasibətlərə maraq getdikcə azalır. Nəticədə isə motivasiya itkisi, həvəssizlik və daxili boşluq hissi ortaya çıxır.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı psixoloq Fidan Canbabazadə Demokrat.az-a bildirib ki, gənclər arasında heç nəyə marağın olmaması son dövrlərdə daha çox müşahidə edilən problemlərdən biridir:

"Bunun əsas səbəblərindən biri sosial şəbəkələr və internet oyunları ilə bağlıdır. Bu platformaların təsiri nəticəsində uşaqlar və yeniyetmələr virtual aləmlə həddindən artıq əlaqədə olurlar. Uzun müddət virtual mühitdə vaxt keçirdikləri üçün isə bir müddətdən sonra real həyatla virtual aləm arasındakı fərqi hiss etməkdə çətinlik çəkirlər. Bu da onlarda canlı həyata qarşı maraqsızlıq və daxili boşluq hissi yaradır.

Texnologiya ilə həddindən artıq təmas onların təxəyyül gücünə də mənfi təsir göstərir. Təxəyyül zəiflədikcə gənclər yalnız hazır və sürətli təqdim olunan məzmunlardan zövq almağa başlayırlar. Bundan kənarda olan fəaliyyətlər isə onlar üçün maraqsız görünür. Nəticədə həvəssizlik, motivasiya itkisi və heç nəyə maraq göstərməmək kimi hallar xüsusilə gənc yaşlarda daha çox ortaya çıxır". 

Psixoloq deyib ki, hazırda gənclərin, xüsusilə də oğlanların böyük əksəriyyətinin əsas hobbilərindən biri internet oyunlarıdır:

"Roblox, PUBG və digər onlayn oyunlara ciddi maraq göstərilir. Digər tərəfdən isə qızlar arasında bloqinqə, sosial şəbəkələrə və virtual həyata həddindən artıq meyil müşahidə olunur. Bu səbəbdən insanlar özləri ilə tək qalmağa, özlərinə vaxt ayırmağa və real həyatda sosial fəaliyyətlər qurmağa çətinlik çəkirlər. Bunun nəticəsində isə "heç nəyə maraq yoxdur” düşüncəsi getdikcə daha geniş yayılır.

Düşünürəm ki, bu vəziyyətdən çıxış yolu balans yaratmaqdır. Sosial şəbəkələrdən və virtual aləmdən bir qədər uzaqlaşaraq real həyatda hobbilərə, idmana, sosial fəaliyyətlərə və canlı ünsiyyətə daha çox vaxt ayırmaq gənclər üçün daha faydalı olar. Virtual aləmlə real həyat arasında düzgün tarazlıq qurulduqda həm maraq dairəsi genişlənər, həm də psixoloji baxımdan daha sağlam inkişaf mümkün olar",- deyə o bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?
15:05 21.07.2026
2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?
Kəlbəcərdə mina partlayışı - Çoban xəsarət aldı
15:03 21.07.2026
Kəlbəcərdə mina partlayışı - Çoban xəsarət aldı
"Arzum"la bağlı yeni xəbər - Sabah...
14:58 21.07.2026
"Arzum"la bağlı yeni xəbər - Sabah...
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
14:46 21.07.2026
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
İlham Əliyevlə Merz arasında görüş keçirilir
14:41 21.07.2026
İlham Əliyevlə Merz arasında görüş keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLAR
14:22 21.07.2026
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLAR
Qurban Qurbanov daha bir legionerin xidmətindən imtina etdi - İştirak ərizəsi dəyişdi
13:58 21.07.2026
Qurban Qurbanov daha bir legionerin xidmətindən imtina etdi - İştirak ərizəsi dəyişdi
Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
13:52 21.07.2026
Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
Süni intellektin hazırladığı videolar niyə daha çox izlənir? – Sosial şəbəkələrdə yeni trendin səbəbləri
13:19 21.07.2026
Süni intellektin hazırladığı videolar niyə daha çox izlənir? – Sosial şəbəkələrdə yeni trendin səbəbləri
AccessBank-ın tender elanının vaxtı uzadıldı
13:05 21.07.2026
AccessBank-ın tender elanının vaxtı uzadıldı
İran ABŞ-ı ittiham etdi: Hərbi itkilərin real sayı gizlədilir
13:03 21.07.2026
İran ABŞ-ı ittiham etdi: Hərbi itkilərin real sayı gizlədilir
Azərbaycanda boşanma statistikası: Ən çox bu yaşda boşanırlar
12:53 21.07.2026
Azərbaycanda boşanma statistikası: Ən çox bu yaşda boşanırlar
Azərbaycanlılar bu ölkədən deport olundu
12:49 21.07.2026
Azərbaycanlılar bu ölkədən deport olundu
Ştaynmayer Əliyevi belə qarşıladı - VİDEO
12:26 21.07.2026
Ştaynmayer Əliyevi belə qarşıladı - VİDEO
Tahir Əmiraslanovdan yeni trendə sərt reaksiya: “Milli mətbəxin axırına çıxırlar”
12:14 21.07.2026
Tahir Əmiraslanovdan yeni trendə sərt reaksiya: “Milli mətbəxin axırına çıxırlar”
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir - FOTOLAR
12:07 21.07.2026
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir - FOTOLAR