“Gənclər bizim olanı tanımalı, ona sahiblənməyi bacarmalıdırlar" - Qənirə Paşayeva

“Gənclər bizim olanı tanımalı, ona sahiblənməyi bacarmalıdırlar" - Qənirə Paşayeva
SOSİAL
12:11 28.07.2017
1265

Millət vəkili Q.Paşayeva Aksaray valisi, bələdiyyə başqanı və universitetin rektoru ilə Qarabağ həqiqətlərinin bu vilayətdə daha geniş təbliğindən danışıb.


Qarabağ parkı, Xarıbülbül abidəsinin açılışı və "Qarabağdan Anadoluya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi”ndə iştirak etmək üçün Aksarayda olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazgı ilə görüşüb. Millət vəkili Q.Paşayevanın Aksarayın mərkəzində Qarabağ Parkının açılması, Xarıbülbül abidəsinin qoyulması ilə bağlı təklifinə böyük həssaslıqla yanaşan bələdiyyə başqanına təşəkkürünü bildirib və bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib. Millət vəkili Q.Paşayeva işğalçı Ermənistanın bir neçə gün əvvəl öncəbhədə törətdiyi vəhşiliklər, qətlə yetirdikləri balaca Zəhra ilə bağlı da geniş məlumatlar verib, müzakirələr olub. Azərbaycanı çox sevdiyini deyən Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazgı ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub.

 

Azərbaycanın şəhidi bizim də şəhidimizdir deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyərək bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq. Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Aksarayın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Aksray bələdiyyə başqanı Haluk ŞahinYazgı Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib.

 

Aksaray bələdiyyə başçısına müəllifi olduğu "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın yaxın günlərdə oxuculara təqdim olunacaq 2-ci hissəsində qədim Aksarayın da yer alacağını bildirib. Aksaray bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazgı Azərbaycana mütləq səfər edəcəyini bildirib. Millət vəkili Q.Paşayeva həmçinin Aksarayın millət vəkilləri Mustafa Serdengeçdi, İlknur İnceözlə də görüşüb və geniş müzakirələr olub. Millət vəkili Q.Paşayeva Aksaray valisi Aykut Pekmez ilə görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyiblər. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən vali Aykut Pekmez azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib.

 

Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. "Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – deyə o bildirib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Aksaray arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili valiyə "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissələrində qədim Aksarayın da yer alacağını bildirib. "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahib çıxmaq duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili "Gənclər bizim olanı tanımalı, ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə "mənim”, "sənin” yox, "bizim” şəklində olmalıdır”. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Aksarayda təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş ediblər. Millət vəkili Q. Paşayeva 200-dən artıq azərbaycanlı tələbənin təhsil aldığı Aksaray Universitetinin rektoru Prof. Dr. Yusuf Şahinlə də görüşüb. Görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ həqiqətləri ilə bağlı universitetdə tədbirlərin daha da artmasının vacibliyi və universitetdə təhsil alan  tələbələrlə bağlı müzakirələr olub.    

  

Qarabağ parkı, Xarıbülbül abidəsinin açılışı və "Qarabağdan Anadoluya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi”ndə iştirak etmək üçün Aksarayda olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazgı ilə görüşüb. Millət vəkili Q.Paşayevanın Aksarayın mərkəzində Qarabağ Parkının açılması, Xarıbülbül abidəsinin qoyulması ilə bağlı təklifinə böyük həssaslıqla yanaşan bələdiyyə başqanına təşəkkürünü bildirib və bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib. Millət vəkili Q.Paşayeva işğalçı Ermənistanın bir neçə gün əvvəl öncəbhədə törətdiyi vəhşiliklər, qətlə yetirdikləri balaca Zəhra ilə bağlı da geniş məlumatlar verib, müzakirələr olub. Azərbaycanı çox sevdiyini deyən Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazgı ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Azərbaycanın şəhidi bizim də şəhidimizdir deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyərək bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq. Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Aksarayın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Aksray bələdiyyə başqanı Haluk Şahin Yazgı Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib. Aksaray bələdiyyə başçısına müəllifi olduğu "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın yaxın günlərdə oxuculara təqdim olunacaq 2-ci hissəsində qədim Aksarayın da yer alacağını bildirib. Aksaray bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazgı Azərbaycana mütləq səfər edəcəyini bildirib.

 

Millət vəkili Q.Paşayeva həmçinin Aksarayın millət vəkilləri Mustafa Serdengeçdi, İlknur İnceözlə də görüşüb və geniş müzakirələr olub. Millət vəkili Q.Paşayeva Aksaray valisi Aykut Pekmez ilə görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyiblər. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən vali Aykut Pekmez azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. "Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – deyə o bildirib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Aksaray arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili valiyə "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissələrində qədim Aksarayın da yer alacağını bildirib.

 

"Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahib çıxmaq duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili "Gənclər bizim olanı tanımalı, ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə "mənim”, "sənin” yox, "bizim” şəklində olmalıdır”. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Aksarayda təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş ediblər. Millət vəkili Q. Paşayeva 200-dən artıq azərbaycanlı tələbənin təhsil aldığı Aksaray Universitetinin rektoru Prof. Dr. Yusuf Şahinlə də görüşüb. Görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ həqiqətləri ilə bağlı universitetdə tədbirlərin daha da artmasının vacibliyi və universitetdə təhsil alan  azərbaycanlı tələbələrlə bağlı müzakirələr olub. Millət vəkili Q.Paşayeva həmçinin Aksarayda yaşayan və təhsil alan bir sıra azərbaycanlılarla da görüşüb, fikir mübadiləsi olub. Millət vəkili Azərbaycanın bu vilaayətdə təbliği və Qarabağ həqiqətlərinin burada daha geniş yayımasında onların üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb.       


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır