Fərhad Hacıyev Avropa Şurasının Gənclərlə İş Komitəsində yeni vəzifəyə təyin olunub.
AZXEBER.COM-un məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Avropa Şurasının Gənclərlə İş üzrə Hökümətlərarası daimi Komitəsi tərəfindən Rusiya Federasiyası ilə Avropa Şurası arasında gənclər sahəsində imzalanmış sazişin icrası ilə bağlı məruzəçi seçilmişdir.
Qeyd edək ki, F.Hacıyev Avropa Şurasının Gənclərlə İş üzrə Hökümətlərarası Daimi Komitəsinin büro üzvü və Avropa Şurasının Gənclərlə İş Komitəsinin sədri kimi fəaliyyət göstərib.