Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi
İQTİSADİYYAT
15:54 05.06.2025
850
Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol, PAŞA Holding ilə birlikdə "Sosial təsir üçün Hakaton” ("Hack for social impact”) adlı rəqəmsal ideya marafonu (ideyaton) təşkil edib.
 
AZXEBER.COM xəbər verir ki,tədbir PAŞA Holding-in "Əlaçı” təqaüd proqramının 100-ə yaxın məzununu bir araya gətirib. 

Təşəbbüsün məqsədi sosialyönümlü fəaliyyəti təşviq etmək, sosial təsir yaradan rəqəmsal həllərin formalaşmasına şərait yaratmaq, inklüzivliyin təmin olunmasına dəstək vermək, sosial və ekoloji maarifləndirmə aparmaq idi.

Marafona qatılan komandalar müxtəlif sahələri əhatə edən və xüsusilə həssas əhali qruplarının həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyan innovativ ideyalar üzərində çalışıb, sosial məsələlərə yaradıcı və texnoloji əsaslı həll yolları axtarıblar.

Tədbirin sonunda daha innovativ və sosial təsir gücü böyük olan ideyalar mükafatlandırılıb. I yerə  əlilliyi olan şəxslərin şəhər daxilində təhlükəsiz və müstəqil hərəkətini asanlaşdıran "YoldAIq” adlı ağıllı mobil tətbiq layihəsi ilə "SocioSapiens” komandası layiq görülüb. II yeri "Mindsbridge” komandası  məişət zorakılığına məruz qalan qadınlara psixoloji yardım və reabilitasiya dəstəyi təklif edən "SƏS” platforması ideyası ilə qazanıb. III yeri isə "QayğıBot”- yaşlı və sosial baxımdan təcrid olunmuş şəxsləri  dəstəkləmək məqsədi daşıyan innovativ layihə ilə"Thundersbolt” komandası  tutub.
İdeya marafonunda qalib komandalar Trendyol tərəfindən təltif olunublar.

Trendyol fəaliyyət göstərdiyi ölkələrdə dayanıqlılıq və sosial təsir proqramları ilə cəmiyyətə töhfə verir. PAŞA Holding-in korporativ sosial məsuliyyət (KSM) strategiyasında təhsil mövzusu mühüm yer tutur. Trendyol və PAŞA Holding  birlikdə bu istiqamətdə müxtəlif layihələr həyata keçirirlər. 
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
20:20 28.07.2025
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq
20:11 28.07.2025
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq
Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb
20:03 28.07.2025
Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
19:55 28.07.2025
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı
19:49 28.07.2025
“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı
ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
19:37 28.07.2025
ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb
19:23 28.07.2025
İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb
Tramp Rusiyaya verdiyi 50 günlük möhləti azaldacaq
19:11 28.07.2025
Tramp Rusiyaya verdiyi 50 günlük möhləti azaldacaq
Vətən müharibəsi iştirakçısının evi yandı
18:51 28.07.2025
Vətən müharibəsi iştirakçısının evi yandı
İranda şirkət rəhbəri qətlə yetirilib, əri şübhəli bilinir
18:39 28.07.2025
İranda şirkət rəhbəri qətlə yetirilib, əri şübhəli bilinir
Bakıdan regionlara gedən müntəzəm marşrut avtobuslarının 30 %-i yenilənib
18:26 28.07.2025
Bakıdan regionlara gedən müntəzəm marşrut avtobuslarının 30 %-i yenilənib
Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!
18:12 28.07.2025
Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!
Vaşinqton Tailand və Kamboca arasında atəşkəs razılaşmasını alqışlayır
18:04 28.07.2025
Vaşinqton Tailand və Kamboca arasında atəşkəs razılaşmasını alqışlayır
ABŞ Prezidenti: Rusiya üçün yeni son tarix 10-12 gün olacaq
17:47 28.07.2025
ABŞ Prezidenti: Rusiya üçün yeni son tarix 10-12 gün olacaq
MEDİA: Azərbaycanın bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb
17:41 28.07.2025
MEDİA: Azərbaycanın bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb
Bakının bəzi ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ
17:16 28.07.2025
Bakının bəzi ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ