Gənclər və İdman naziri: “Düşünürəm ki, bunların hamısı nəticə verəcək”

Gənclər və İdman naziri: “Düşünürəm ki, bunların hamısı nəticə verəcək”
İDMAN
21:09 30.05.2022
387
Stend atıcılığının səngər növü üzrə qadınlar və kişilər arasında keçirilən final yarışın qızıl medallı qalibi finlandiyalı Noora Antikaynen, kişilər arasında keçirilən yarışın qızıl medalçısı çexiyalı Liptak Jiri olub. 

Stend atıcılığının bugünkü final yarışını Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov Bakı Atıcılıq Mərkəzində izləyib. Nazir qaliblərə medalları təqdim edib.

"Hazırda burada 66 ölkədən 700-dən artıq idmançı iştirak edir. Bu da dünya kuboku üçün böyük rəqəmdir. Bu turnir Azərbaycanın böyük yarışları qəbul edə bildiyinin sübutudur” – nazir jurnalistlərə açıqlamasında bildirib. 

Yarışların ən yüksək səviyyədə təşkil olunduğunu qeyd edən nazir əlavə edib: "Bu idman növündə bizim adət-ənənələrimiz var. Sadəcə, bunu geri qaytarıb, inkişaf etmək lazımdır. Bunun üçün işlər görülür. Federasiya bu məsələrlə bağlı çalışır. Biz də bunu görürük”

Daha sonra Gənclər və İdman naziri komandamızın nəticələrinə də toxunub: "Bilirsiniz ki, Ruslan Lunyov bu il çox yaxşı nəticələr əldə edib. Amma doğma meydanda həyacanlıdır. Onun hələ də medal qazanmaq üçün şansı var. İnanıram ki, bu il də onun üçün uğurlu olacaq. Ümumiyyətlə, digər idmançılarımız da müəyyən çətinlik dövründən sonra yaxşı nəticələr əldə edəcəklər. Komandamızın heyətində gənc atıcılarımız var. Yenə qeyd edirəm ki, bizdə atıcılıqla bağlı adət-ənənə var. Ən əsası da düzgün idarəçilik var. Düşünürəm ki, bunların hamısı nəticə verəcək”. 

Özünün atıcılığa marağı ilə bağlı suala isə nazir Fərid Qayıbov belə cavab verib: "Mənim gözüm bir az pis görür. Məndə heç vaxt atıcılıq alınmayıb (gülür). Bizim məktəbdə bu idman növü üçün şərait var idi. Özümü Qəbələdə 1-2 dəfə stend atıcılığından yoxlamışam. Bir neçə dəqiq atışım olub”. 

Nazir idmançıların Bakı Atıcılıq Mərkəzininin dünya standartlarından üstün qiymətləndirməsini Azərbaycan idmanı üçün yüksək göstərici hesab etdiyini bildirib: "Bilirsiniz ki, burda ilk Avropa oyunları keçirildi. Həmin hadisə Azərbaycan üçün böyük nəticə idi. Oyunlar üçün fərqli məkanlar lazım idi. Yeni idman mərkəzləri tikildi. Mövcüd məkanlar təmir olundu. Bu gün Azərbaycana ancaq dünya kubokunda iştirak etmək üçün gəlmirlər. Bakı Atıcılıq Mərkəzinə dünyanın müxtəlif ölkələrindən təlim-məşq toplanışına gələnlər də var. Təbii ki, bu, iqtisadi cəhətdən də bizim üçün yaxşıdır. Həm də azərbaycanlılar digər ölkənin atletləri ilə birgə məşq edirlər. Bundan əlavə, xariclərdən nəsə öyrənirlər”.

Gənclər və İdman naziri Azərbaycanın gözəl idman məkanları - gimnastika, su idmanı sarayı olduğunu bildirib, belə məkanların təkcə Bakıda deyil, bölgələrdə də olduğunu, Azərbaycanın bölgələrində də beynəlxalq səviyyəli yarışlar keçirməyin mümkünlüyünü vurğulayıb. "Təlim-məşq toplanışları üçün də Azərbaycan yaxşı yerdir. Dağlıq ərazilərimiz, dənizimiz var. Bir sözlə, Azərbaycanda idman üçün hər cür şərait var. İnşallah, nəticələrimiz də buna uyğun olacaq” – Gənclər və İdman naziri Fərid Qayıbov deyib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İngiltərəli futbol hakimi 2026-cı ilin yayına qədər diskvalifikasiya olunub
20:10 28.02.2025
İngiltərəli futbol hakimi 2026-cı ilin yayına qədər diskvalifikasiya olunub
HAMAS İsraillə razılaşmanın növbəti mərhələsinə keçməyə hazırdır
19:55 28.02.2025
HAMAS İsraillə razılaşmanın növbəti mərhələsinə keçməyə hazırdır
“Turkmenistan Airlines” Moskvaya uçuşların dayandırılmasını martın sonuna qədər uzadıb
19:42 28.02.2025
“Turkmenistan Airlines” Moskvaya uçuşların dayandırılmasını martın sonuna qədər uzadıb
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
19:31 28.02.2025
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
19:18 28.02.2025
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
19:09 28.02.2025
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
18:56 28.02.2025
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
18:46 28.02.2025
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
18:33 28.02.2025
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
18:13 28.02.2025
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
Fazil Qasımova 10 il həbs cəzası istənilib
18:01 28.02.2025
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
17:47 28.02.2025
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
17:33 28.02.2025
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
17:30 28.02.2025
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
17:20 28.02.2025
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
17:18 28.02.2025
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib