Gənclər və İdman Nazirliyi: Azad Rəhimov vəfat etməyib

Gənclər və İdman Nazirliyi: Azad Rəhimov vəfat etməyib
SOSİAL
17:24 30.04.2021
3588
Milli Olimpiya Komitəsinin rəsmi feysbuk səhifəsi Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov dünyasını dəyişməsi haqda post paylaşıb.
 
AZXEBER.COM məsələni dəqiqləşdirmək üçün nazirliyin sözcüsü Səmayə Məmmədova ilə əlaqə saxlayıb.
 
O deyib ki, nazirin vəfatı ilə bağlı xəbər doğru deyil: 
 
"Bilmirəm MOK niyə belə yanlışa yol verib. Ancaq cənab nazirin ürəyi hələ döyünür. Vəziyyəti ağır olaraq qalır. Nəsə olsa mən özüm sizə məlumat verəcəm".
 
Günel Hüseynli
 

 

OXŞAR XƏBƏRLƏR