Gənclər Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turnirində iştirak etdi - FOTOLAR

GƏNCLİK
15:50 18.02.2014
1801

Gənc qan xeyriyyəçiləri Marneuli şəhərində Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turnirində iştirak etdi .

“Təəssüf edirəm ki, Vüqarın dünyada yaşaması lazım gərəkən çox gənc yaşlarında həyatdan vaxtsız köçdü. Ölkəmizi dünyada tanıdan belə bir istedadlı gəncin bu gün aramızda olmaması qəlbimdə sözlə ifadə edə bilməyəcəyim dərəcədə kədər doğurur. Bu qısa həyatında o, çox nailiyyətlər əldə etdi. Onun uğurları siz gənc şahmatçılara nümunə olmalıdır”.

AZXEBER.COM-un məlumatına görə bu bu sözləri “Qan Donorları Assosiasiyasının” sədri gənc xeyriyyəçi Fuad Əsgərov istedadlı şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Marneuli turnirində yeniyetmə və gənc şahmatçıların önündə nitqi zamanı bildirmişdir:

Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərindəki Marneuli Gənclər Mərkəzində beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilmişdir. Turnirdə 56 nəfər yeniyetmə və gənc şahmatçı iştirak etmişdir. Yarışda Eyvaz Bayramov birinci, Günay Kərimova ikinci, Ruslan Mustafayev isə üçüncü yerləri tutmuşlar. Qaliblər diplom, medal və kuboklarla mükafatlandırılmışlar.

Tədbirdə Gürcüstan Şahmat Federasiyasının prezidenti Georgi Georqadze, Barış və Vətəndaş Bərabərliyi üzrə Gürcüstan Dövlət Nazirinin Kvemo Kartli-Borçalı bölgəsində nümayəndəsi Zaur Darğallı, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov və başqa rəsmi şəxslər iştirak etmişlər. Qeyd edək ki, bu ilin mayında 8, 12, 16 yaş qrupları arasında keçiriləcək şahmat üzrə Gürcüstan çempionatının təşkili ilə əlaqədar elan olunmuş tenderdə Marneuli Gənclər Mərkəzi qalib gəlmişdir. Tədbirin sonunda həmin çempionatın Marneulidə keçirilməsinə dair memorandum imzalanmışdır. Sənədi Gürcüstan Şahmat Federasiyasının prezidenti Georgi Georqadze və Marneuli Gənclər Mərkəzinin direktoru Rəna Nurməmmədova imzalamışlar.

Günün ikinci yarsı gənc xeyriyyəçı Fuad Əsgərov Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunan “Xocalıya Ədalət!” kampaniyasına qatılaraq yaxından iştirak etmişdir . Tədbirdə AMM-nin rəhbəri Fazil Həsənov, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qənirə Paşayeva, Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Azər Süleymanov da iştirak etmişdir.

OXŞAR XƏBƏRLƏR