Gənclərin III Ümumrespublika Teatr Festivalı başlayır

MƏDƏNİYYƏT
17:50 25.09.2014
1351
Gənclərin III Ümumrespublika Teatr Festivalı başlayır.Oktyabrın 1-dən Gənclərin III Ümumrespublika Teatr Festivalına start veriləcək. Festivalın keçirilməsinin əsas məqsədi gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etməkdir. Festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Festival çərçivəsində iştirakçılar möhtəşəm ART – kampında iştirak edəcək, ölkənin ən tanınmış incəsənət və mədəniyyət xadimlərinin ustad dərsləri alacaqlar.Ssenari seçimi və rejissor, aktyor heyətinin formalaşdırılması üçün iştirak blankı əldə etmək istəyənlər [email protected]/* */ elektron ünvanına müraciət edə bilər, (070) 3993639, (012) 4304367 telefonları ilə əlaqə saxlaya bilərlər. Qeydiyyat oktyabrın 1-dən başlayaraq bir ay davam edəcək.Yerlər məhduddur! Yalnız 12 komanda (tərkibində maksimum 10 iştirakçı ola bilər) iştirak üçün təsdiq ediləcək. I yerin qalibinə 3000 manat, II yerin qalibinə 2000 manat, III yerin qalibinə isə 1000 manat pul mükafatı veriləcək.

OXŞAR XƏBƏRLƏR