Gənclərin iştirakı ilə vətənpərvərlik tədbiri keçirilib: “Unudulmazlar” layihəsi baş tutub

Gənclərin iştirakı ilə vətənpərvərlik tədbiri keçirilib: “Unudulmazlar” layihəsi baş tutub
SOSİAL
21:41 05.03.2026
261
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, "ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə "Unudulmazlar” layihəsi həyata keçirilib.

Layihə Azərbaycanın müasir tarixində qəhrəmanlıq nümunəsi göstərmiş Vətən müharibəsi iştirakçılarının həyatını gənc nəslə tanıtmaq və onların xatirəsini yaşatmaq məqsədi daşıyır.

Layihə çərçivəsində təşkil olunan sərgidə Vətən müharibəsi qəhrəmanları Əfqan Abdurrahmanov və Anar Şükürova məxsus şəxsi əşyalar ziyarətçilərə təqdim edilib. Bu əşyalar gənclərə qəhrəmanlarımızın şərəfli həyat yolunu daha yaxından tanımaq imkanı yaradıb.



Tədbirin açılış mərasimində "ASAN Könüllüləri” Təşkilatının sədri Aysiman Quliyeva çıxış edərək layihənin əhəmiyyətindən bəhs edib. O bildirib ki, bu cür təşəbbüslər gənclərin vətənpərvərlik ruhunda formalaşmasında və tarixi yaddaşın qorunmasında mühüm rol oynayır.

Daha sonra "Unudulmazlar” layihəsinin rəhbəri Səid Babayev layihənin məqsədi, ideyası və görülən işlər barədə iştirakçılara ətraflı məlumat verib. Qeyd olunub ki, layihə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəmanların həyat yolunun gənc nəslə çatdırılmasını qarşıya məqsəd qoyur.

 

 


Proqram çərçivəsində "Şuşa, sən azadsan” adlı sənədli film nümayiş olunub. Film gənclərə tarixi Zəfərimizin əhəmiyyətini, qəhrəmanlarımızın qəhrəmanlıq hekayələrini və müharibə dövründəki çətinlikləri daha ətraflı göstərib.

Nümayişdən sonra Vətən müharibəsi iştirakçısı Ülvi Kərimovın iştirakı ilə "Qəhrəmanlıq hekayələri” adlı diskussiya keçirilib. Diskussiya zamanı gənclərlə vətənpərvərlik, qəhrəmanlıq, həmçinin tarixi Zəfərimiz ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

 


Tədbir "ASAN Könüllüləri” Təşkilatının "Mədəniyyət Carçısı” proqramının hazırladığı musiqili çıxışla başa çatıb.

 

 


Layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəmanların həyat yolunu gənc nəsil ilə paylaşmaq, onların xatirəsini yaşatmaq və cəmiyyətdə vətənpərvərlik ruhunu daha da gücləndirməkdir.

Sonda qeyd edək ki, "Unudulmazlar” layihəsinin rəhbəri Səid Babayev Şəhid baş leytenant Valeh Babayevin övladıdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür
00:46 06.03.2026
Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür
Azərbaycanın XİN başçısı avstriyalı naziri İranın dron hücumu barədə məlumatlandırıb
00:37 06.03.2026
Azərbaycanın XİN başçısı avstriyalı naziri İranın dron hücumu barədə məlumatlandırıb
Ararat Mirzoyan Ceyhun Bayramova zəng edib, İranın dron hücumları müzakirə olunub
00:26 06.03.2026
Ararat Mirzoyan Ceyhun Bayramova zəng edib, İranın dron hücumları müzakirə olunub
Kərim Vəliyev türk, macar və ərəb həmkarları ilə danışdı
00:15 06.03.2026
Kərim Vəliyev türk, macar və ərəb həmkarları ilə danışdı
İtaliyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunub
23:57 05.03.2026
İtaliyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunub
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
23:47 05.03.2026
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
“Azərbaycanın yanındayıq”
23:41 05.03.2026
“Azərbaycanın yanındayıq”
Bakı-İğdır-Bakı marşrutu üzrə uçuş CƏDVƏLİ
23:37 05.03.2026
Bakı-İğdır-Bakı marşrutu üzrə uçuş CƏDVƏLİ
Tehran küçələri boş qalıb: şəhərdə nəzarət məntəqələri qurulub
23:11 05.03.2026
Tehran küçələri boş qalıb: şəhərdə nəzarət məntəqələri qurulub
Monteneqro İranın Naxçıvana hücumunu pisləyib
22:51 05.03.2026
Monteneqro İranın Naxçıvana hücumunu pisləyib
Şahbaz Şərif İranın Azərbaycana dron hücumu ilə bağlı ciddi narahatlığını ifadə edib
22:36 05.03.2026
Şahbaz Şərif İranın Azərbaycana dron hücumu ilə bağlı ciddi narahatlığını ifadə edib
Ərdoğan Naxçıvana dron hücumunu pisləyib
22:32 05.03.2026
Ərdoğan Naxçıvana dron hücumunu pisləyib
Naxçıvanda xəsarət alanlardan 3-ü evə buraxıldı
22:26 05.03.2026
Naxçıvanda xəsarət alanlardan 3-ü evə buraxıldı
"İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir" - İspaniya XİN
22:11 05.03.2026
"İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir" - İspaniya XİN
BMT nümayəndəliyi Azərbaycanla həmrəyliyini ifadə edib
22:07 05.03.2026
BMT nümayəndəliyi Azərbaycanla həmrəyliyini ifadə edib
İlham Əliyev və İrakli Kobaxidze arasında telefon danışığı baş tutub
21:56 05.03.2026
İlham Əliyev və İrakli Kobaxidze arasında telefon danışığı baş tutub