“Gənclərin səsi: Narkotiklərə Yox!” adlı maarifləndirici tədbir keçirildi - FOTOLAR

“Gənclərin səsi: Narkotiklərə Yox!” adlı maarifləndirici tədbir keçirildi - FOTOLAR
SOSİAL
11:05 26.09.2025
512
25 sentyabr 2025-ci il, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Qeyd - Sosial Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə "Gənclərin səsi: Narkotiklərə Yox!” adlı genişmiqyaslı maarifləndirici tədbir keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, narkotik vasitələrin zərərləri barədə maarifləndirmə işlərinin gücləndirilməsi və ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək olub.

Proqram çərçivəsində əvvəlcə  "Qeyd - Sosial Maarifləndirmə” İctimai Birliyin baş katibi Aysel Tahirova açılış nitqi ilə çıxış edərək gənclərin narkomaniyaya qarşı mübarizədə fəal rolunun vacibliyini vurğulayıb. Daha sonra təşkilatın təşəbbüsü ilə hazırlanmış sosial çarx nümayiş olunub.
Tədbir panel müzakirə və təlim formatında davam edib.

Paneldə Milli Məclisin deputatları Vüqar İskəndərov və Samir Vəliyev, Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Rafiq Mahmudov, Dövlət Gömrük Komitəsinin şöbə rəisi Elmir Şirinov, Ədliyyə Nazirliyinin Bioloji ekspertizalar şöbəsinin rəisi Səbinə Qədirova, Gənclər və İdman Nazirliyinin aparıcı məsləhətçisi Zeynəddin Azaqov və Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli gənclərin narkomaniyadan qorunması istiqamətində görülən işlər və gələcək perspektivlər barədə çıxış ediblər.

Təlimdə isə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi Şahin İsmayılov çıxış edərək ölkədə narkotik vasitələrlə bağlı aparılan mübarizə tədbirlərindən, profilaktik işlərdən və gənclərin zərərli vərdişlərdən qorunması istiqamətində dövlət qurumlarının həyata keçirdiyi maarifləndirmə layihələrindən danışdı. O, narkomaniya ilə mübarizədə maarifləndirmənin və ictimai həmrəyliyin xüsusi rolunu vurğuladı.

Təlim çərçivəsində auditoriyaya həyat hekayəsi ilə ilham verən qonaq təqdim olundu. Tanınmış boksçu Cavid Tağıyev 14 il davam edən narkotik asılılığı ilə mübarizəsindən və bu çətin sınaqdan çıxaraq yaratdığı reabilitasiya mərkəzi vasitəsilə başqalarına dəstək olmaq yolundan bəhs etdi. Onun şəxsi təcrübəsi tədbir iştirakçıları üçün həm güc, həm də ümid nümunəsi kimi dəyərləndirildi.

Daha sonra psixoloq, "Ahəng” Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin sədri Vüsalə Əmiraslanova mövzuya fərqli aspektdən yanaşaraq psixoloji dəstəyin əhəmiyyətindən, ailə institutunun gücləndirilməsinin vacibliyindən və cəmiyyətin birgə məsuliyyət daşımasının önəmindən danışdı. Onun sözlərinə görə, asılılıqdan qorunma və müalicə prosesində ailə və cəmiyyətin fəal iştirakı həlledici rol oynayır.

Tədbirin sonunda "Qeyd-Sosial Maarifləndirmə” İB sədri Tural Nurməmmədov "Gənclərin səsi: Narkotiklərə Yox!” layihəsi çərçivəsində təşkil olunan rəsm sərgisində və sosial çarxda fəallıq göstərən gənclərə Təşəkkürnamələr təqdim edib.

Layihə çərçivəsində görülən işlər gələcəkdə daha genişmiqyaslı maarifləndirici kampaniyaların aparılmasına zəmin yaradacaq.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
18:55 04.08.2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
16:12 04.08.2026
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi
15:52 04.08.2026
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi
TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR
15:22 04.08.2026
TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR