"Gənclik Mall"da işıqlar söndü, müştərilər təşvişə düşdü-AÇIQLAMA

"Gənclik Mall"da işıqlar söndü, müştərilər təşvişə düşdü-AÇIQLAMA
MANŞET
17:04 20.06.2017
5595
Bu gün saat 16:00 radələrində "Gənclik Mall"da həyəcanlı anlar yaşanıb.
 
AZXEBER.COM-un məlumatına görə, ticarət mərkəzində işıq təchizatı kəsilib.
 
Bu da müştərilər arasında qorxuya və təşvişə səbəb olub.
 
Məsələylə bağlı AZXEBER.COM-a danışan "Gənclik Mall” ticarət mərkəzinin ictimayyətlə əlaqələr departamentinin əməkdaşı Nuranə İskəndərova deyib ki, problem artıq həll olunub: "Gənclik Mall"da 30 dəqiqə işıqlar olmayıb. Məsələylə bağlı aidiyyatı qurumlarla danışdıq və problem tamamilə həll olundu. Hazırda heç bir problem yoxdur və ticarət mərkəzi açıqdır".
 
Müştərilər həmin an çəkilən fotonu və videonu saytımıza təqdim edib. 
 
 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR