"Gənclik" metrosunda dava düşdü - Saxlanılanlar var

"Gənclik" metrosunda dava düşdü - Saxlanılanlar var
SOSİAL
21:18 12.12.2018
6887
Bakı Metropoliteninin stansiyasında dava olub.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AZXEBER.COM-a bildirib ki, hadisə metronun "Gənclik" stansiyasının platformasında, saat 18:30 radələrində baş verib:

"Stansiyada iki sərnişin arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib. Metropoliten işçiləri hadisəyə müdaxilə edib. Həmin sərnişinlər polis tərəfindən saxlanılıb".

Faktla bağlı araşdırma aparılır
OXŞAR XƏBƏRLƏR