Gənclik və Zaman - KÖŞƏ

Gənclik və Zaman - KÖŞƏ
KÖŞƏ
17:30 02.02.2013
4869

Edil HəsənovDəyərli gənc dostlar!Gəncliyimiz gələcəyimizin təminatıdır. Gəncliyimizi necə, harada, hansı şəkildə keçirməyimiz gələcəyimizə böyük ölçüdə təsir edir və fərqində olmasaq belə, gələcəyimizi artıq gəncliyimizdə formalaşdırmış oluruq. Özəlliklə, elm və texnologiyanın sürətlə inkişaf etdiyi əsrimizdə ciddi rəqabət sahəsi formalaşıb ki, fərd olaraq burada özümüzü sübut etmək üçün, biz gənclərə daha çox məsuliyyət, daha böyük və ciddi vəzifələr düşür. Artıq dünya elmli, təhsilli, geniş dünya görüşünə sahib, sosial tələb edir. Nəhəng dünya şirkətləri bu özəlliklərə sahib gəncləri cəlb etmək üçün, sözün əsl mənasında, yarışırlar və ən yüksək maliyyə və gözəl həyat şərtləri təklif edirlər.

Gənclik insan həyatının ən enerjili, ən aqressiv dövrüdür ki, bu dövrü adətən “dəliqanlılıq” dövrü adlandırırlar. Bu dövrdə insan ya düzgün formalaşır, ya da əksinə. Onun üçün də, hər bir gənc bu dövrü maksimum gözəl dəyərləndirməyi bacarmalı, zamanını israf etməməli, vətəninə, millətinə xeyirli bir fərd olaraq özünü yetişdirməyi bacarmalıdır. Bu işdə böyüklərin, ailələrin və toplumların da təsiri çox böyükdür. İlk öncə insan özünü araşdırmalıdır, özünü bilməlidir, özünü kəşf etməlidir. Mövlana Cəlaləddin Ruminin deyimiylə: “Özünü kəşf etməyən, həyatı kəşf edə bilməz”.

Gənclik bir toplumun ən böyük potensialıdır. Gəncliyin də iki böyük potensialı saglam düşüncə və zamandır. Bu iki potensial yüngül həyat tərzinə, zərərli alışqanlıqlara, mənəvi aşınmalara, piketlərə, provakasiyalara sərf edilməməlidir. Ümumilli Lider Heydər Əliyev, gənclərdə yüksək mənəvi keyfiyyətlər tərbiyə etməyi tövsiyə edirdi: “Gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik”.

Gənclik bir dövlətin ən zəngin milli sərvətidir. Nə neft, nə qaz, nə də digər təbii zəngilliklər.. Digər sərvətlər zamanla tükənəcək olan təbii ehtiyatlardır. Prezident İlham Əliyevin “neft kapitalının insan kapitalına çevirmək” siyasəti və bu siyasətdə əsas rolun gənclərə verilməsi buna misaldır.

Bir millətin, bir dövlətin mövcud olmasında, inkişafında sağlam düşüncəli, bilikli, milli mənəvi əxlaqi dəyərlərə sahib gəncliyinin rolu çox böyükdür. Ona görə də, gənclərin düzgün yetişdirilməsi, düzgün istiqamətləndirilməsi və gələcəyə hazırlanması hər bir dövlətin ən vacib məsələlərindən biridir. Snelmanın dediyi kimi: “Gəncliyin ruhunu şumlanmayan bir tarla kimi öz halına buraxsanız, orda zərərli qanqal otları, tikanlar yetişər”.

Hal-hazırda ölkəmizdə Gənclər bayramı ərəfəsindəyik. 2 fevral ölkəmizdə “Gənclər Günü” kimi qeyd olunur. Bu bayram 1997-ci ildə MDB məkanında və Şərqi Avropa ölkələrində ilk dəfə olaraq Azərbaycanda Ümimilli Lider Heydər Əliyevin sərəncamı əsasında qeyd olundu. Nəzərə alsaq ki, “Beynəlxalq gənclər günü” dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə 12 avqustda qəbul olunub, onda deyə bilərik ki, ölkəmizin gənclərə verdiyi diqqət və qayğı dünyaya model olacaq bir dəyərə sahibdir.

Bu sərəncam Azərbaycanda gənclər siyasətinin daha da inkişafına təkan verdi. Bir çox dövlət gənclər qurumları, gənclər təşkilatları yaranmağa başladı ki, bu təşkilatlarda, qurumlarda təmsil olunan gənclər həm özlərinin, həm də cəmiyyətin maariflənməsində, muasir Azərbaycan gəncliyinin formalaşmasında çox böyük paya sahibdirlər. 9 aprel 2002-ci ildə qəbul olunan “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının qanunu və daha sonra 7 iyul 2011-ci il Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində gənclərin öz potensiallarını üzə çıxarmaq, bilik və bacarıqlarını artırmaq və özlərini fərd olaraq sübut etmək üçün böyük imkanlar açılmış oldu. Statistik məlumatlara görə, Azərbaycanda 200-dən çox gənclik təşkilatları var ki, bu təşkilatlar dövlətin gənclik siyasətinin bir parçasıdır. Gənc təşkilatlar 30-dan çox beynəlxalq təşkilatlarda təmsil olunur ki, son illərdə Avropada ən çox layihə gənclərimiz tərəfindən həyata keçirilib. Bundan başqa, ölkəmizi elm, təhsil, idman, incəsənət sahəsində dünyanin lider dövlətlər sırasına çıxarmağı bacaran və ən gözəl şəkildə təmsil edən bir gəncliyə sahibik.

Burda Hindistanın düşüncə adamı Mahatma Qandinin yaşadığı bir hekayəsini xatırlamadan keçmək olmaz.

Bir gün bir uşaq əlində bir kəpənək tutaraq, Mahatma Qandinin yanına gəlir. Əlindəki kəpənəyi ovcunda sıxaraq sual verir: “Deyin görüm əlimdəki kəpənək ölüb, ya sağdır?”

Mahatma Qandi biraz düşünür və gülümsəyərək çox gözəl və ibrətamiz bir cavab verir: “Övladım hər şey sənin öz əlindədir. İstərsən öldürərsən, istərsən sağ buraxarsan.”

Əziz gənclər hər şey, o cümlədən gələcəyimiz öz əlimizdədir. Çalışaq, gəncliyimizi gözəl dəyərləndirək ki, gələcəyimizdə peşman olacaq səhvlərimiz olmasın. Unutmayaq ki, gənclik insan ömründə sadəcə və sadəcə bir dəfə yaşanır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
15:00 04.07.2025
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM