General oğlunun cinayət işi üzrə məhkəmə istintaqı tamamlandı

General oğlunun cinayət işi üzrə məhkəmə istintaqı tamamlandı
SOSİAL
13:31 14.09.2017
1068

Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Bildirilib ki, iş üzrə dindirilməmiş bir şahid qalıb, o da səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilmir.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 22-də davam etdiriləcək.

///apa
OXŞAR XƏBƏRLƏR