Baş Qərərgah rəisi Hulisi Akar 15 iyul günü baş verən hadisələrdən danışıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, H.Akar 15 iyul tarixində Türkiyədə baş verən dövlət çevirilişi ilə bağlı prokurorluğun dindirilməsində iştirak edib. Dindirmə zamanı H.Akarın verdiyi izahat mətbuatda yayımlanıb.
General izahatında çeviriliş günü general-mayor Hakan Evrimin onun yanına gələrək Fətullah Gülənin onunla görüşmək istədiyini söyləyib:
“Məni Gülən ilə general-mayor Hakan Evrim görüştürməyə çalışıb. Çevrilişə qarşı durmaq istəyirdim. Etməyin, qan tökməyin, yalnış yoldasız, bu fikirdən əl çəkin, mənim səninlə, belə işlərlə, onlarla heç bir işim olmaz dedim. Bu cəhdlərinin uğursuz olacağını, cəzalarını çəkəcəklərini, qan tökülmədən fikirlərindən daşınmalarını bildirdim. Amma fikirlərini dəyişə bilmədim. Çevrilişin başında duranlardan Mehmet Dişli artıq bu yola çıxdıqlarını və geri dönüşləri olmadıqlarını söylədi. Bu hadisə ilə bağlı ilk xəbər Mehmet Dişli tərəfindən verildi. O heç bir hərbi statusu gözləmədən mənim üzərimə qışqıraraq, fərqli tərzdə danışmağa başladı. Birazdan görəcəksiniz deyirdi”.
Baş Qərərgah rəisi prezident Ərdoğanın havalimanına gələrək xalqın qarşısında çıxış etməsini çeviriliş cəhdinnin dönüş nöqtəsi olduğunu əlavə edib:
“Ərdoğanın havalimanındakı çıxışı çevrilişə cəhd edənlərin ümidlərini qırdı. Savaşdan betər etdiniz, gedin təslim olun dedim. Akın Öztürkə israrla onları fikirlərindən daşındır deyirdim. İnsanları aldatmayın deyə qarşı gəldim. Fikirlərindən imtina etdiklərini, məni prezident və ya baş nazirlə görüşdürəcəklərini deyərək aldatmağa çalışdılar”.
Hulusi Akar ifadəsində bildirib ki, çevriliş sənədini ondan məcbur olaraq imzlamasını istəyən şəxs məhz Hakan Evrim olub:
“Hakan Evrim dəfələrlə məni Fetullah Gülen ilə görüştürmək istədiyini desə də, mən bu təklifi rədd etdim”.
Xatırladaq ki, 15 iyul tarixində dövlət çevirilişinə cəhd edən yüzlərlə general və yüksək rütbəli zabit həbs edilərək məhkəmə qarşısına çıxardılıb.
Jalə