"Generalın oğlu qəflətən məni yumruqla vurdu"

"Generalın oğlu qəflətən məni yumruqla vurdu"
SOSİAL
18:50 10.04.2018
5027

Bu gün Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov, Pərviz Abbasov və Kənan Vəliyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Sənan Səmədov ifadə verib.

O, hadisə haqqında danışarkən bildirib ki, "Əcəmi dairəsi"ndə təqsirləndirilən R.Orucovla mübahisəsi siqnal vermək üstündə olub: "O, normal şəkildə yanıma gəldi. Niyə siqnal verdiyimi soruşdu. Ona yol nişanını göstərdim. Mənə qarşı nalayiq söz işlətdi. Dedim ki, maşında ana-bacı var. Nömrəmi istədi, vermədim, maşını arxamca sürüdü. Sonuncu dayanacağa çatanda dispetçer Əsgər Qasımova bu barədə bildirdim. Rüstəm mənə tək yaxınlaşdı. Əsgər müəllim ondan soruşanda "ağsaqqal bir kəlmə söz deyirəm" deyib məni qırağa çəkdi. O, qəflətən məni yumruqla vurdu. Yerə yıxılıb özümdən getdim".

Hakim qeyd edib ki, S.Səmədovun ifadələri arasında ziddiyyət var. Daha sonra, S.Səmədovun əvvəl verdikləri ifadələri elan olunub. O, ilkin ifadələrində hadisə zamanı R.Orucov onu vuranda digər təqsirləndirilən şəxslərin də olduğunu deyib.

S.Səmədov həmin ifadəsini bu cür izah edib: "Hadisədən sonra xəstəxanadan çıxmışdım, nə dediyimi bilmirdim. Çünkü halım çox pis idi. Hadisə zamanı Kənanla Pərviz orada olmayıb. Sonra dostlarım dedilər ki, hələ onlar ürəyim gedən zaman üzümə su vurublar".

R.Orucov qeyd edib ki, sürücü hadisə baş verən zaman avtobusda ona söyüş söyüb.

Hakim deyib ki, S.Səmədov istintaqda "Rüstəmə dedim ki, niyə üç nəfərlə üstümə gəlmisən?" qeyd edib.

S.Səmədov isə bu sözü təkzib edib, belə şey demədiyini söyləyib.

Prosesdə avtobus dispetçeri Əsgər Qasımov şahid qismində dindirilib. O deyib ki, hadisə baş verən zaman R.Orucov tək olub: "Sənan sonuncu dayanacağa çatanda bu barədə dedi. Rüstəm bizə tərəf gələndə qabağına çıxdım. Dedi ki, ağsaqqal bir kəlmə söz deyib gedirəm. Sonra Sənanı kənara çəkdi və bu zaman səs gəldi. O, Sənanı vurmuşdu. Sənan da yerə yıxılıb ürəyi getmişdi. Başım ona qarışmışdı".

Hakim bildirib ki, Ə.Qasımovun da ifadələri arasında ziddiyyət var. Onun ilkin ifadəsi elan olunub.

O, müstəntiq tərəfindən təzyiq olunduğunu, onun dediklərini yazdığını söyləyib.

Məhkəmənin növbəti iclası aprelin 19-na təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, ötən il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

K.Vəliyev və P.Abbasovun barəsində isə polis nəzarəti qətimkan tədbiri seçilmişdi.

Bu il yanvarın 17-də Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay, P.Abbasovla K.Vəliyevin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. P.Abbasov və K.Vəliyev məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Xatırladaq ki, R.Orucov Novruzəli Orucovun oğludur. General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda atalara xoş xəbər: Artıq onlar da…
15:37 23.09.2025
Azərbaycanda atalara xoş xəbər: Artıq onlar da…
Məşhur aktrisa "Arka sokaklar"a qayıdır
15:18 23.09.2025
Məşhur aktrisa "Arka sokaklar"a qayıdır
“Qadına həbsxana yaraşmır” - Yol polisindən xanım sürücülərə çağırış
15:05 23.09.2025
“Qadına həbsxana yaraşmır” - Yol polisindən xanım sürücülərə çağırış
“Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdəndir” - Deputat
15:04 23.09.2025
“Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdəndir” - Deputat
Qəzzada ölənlərin sayı artdı
15:02 23.09.2025
Qəzzada ölənlərin sayı artdı
“Prezidentin BMT-nin sessiyasındakı iştirakı Azərbaycanın artan nüfuzunun göstəricisidir” - Deputat
14:55 23.09.2025
“Prezidentin BMT-nin sessiyasındakı iştirakı Azərbaycanın artan nüfuzunun göstəricisidir” - Deputat
Naftalanda Şəhid Bəhruz Quliyevin ailəsi ziyarət olunub - FOTOLAR
14:45 23.09.2025
Naftalanda Şəhid Bəhruz Quliyevin ailəsi ziyarət olunub - FOTOLAR
İki ölkənin hava limanlarında dron həyəcanı - Uçuşlar müvəqqəti dayandırıldı
14:34 23.09.2025
İki ölkənin hava limanlarında dron həyəcanı - Uçuşlar müvəqqəti dayandırıldı
61 yaşlı müğənni 25 il sonra qızının atasına ərə getdi - FOTO
14:27 23.09.2025
61 yaşlı müğənni 25 il sonra qızının atasına ərə getdi - FOTO
Qarabağda Azərbaycan və Türkiyə arasında təhsil sahəsində sazişlər imzalanıb
14:22 23.09.2025
Qarabağda Azərbaycan və Türkiyə arasında təhsil sahəsində sazişlər imzalanıb
“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTOLAR
14:15 23.09.2025
“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTOLAR
Viza ala bilmədilər, konsert təxirə düşdü
14:11 23.09.2025
Viza ala bilmədilər, konsert təxirə düşdü
Qəzza Səhiyyə Nazirliyi: Qəzzanın səhiyyə sistemi pis vəziyyətdədir
14:07 23.09.2025
Qəzza Səhiyyə Nazirliyi: Qəzzanın səhiyyə sistemi pis vəziyyətdədir
Beş ildir eyni maşını sürürəm: Fatimədən irad
13:55 23.09.2025
Beş ildir eyni maşını sürürəm: Fatimədən irad
Emin Hüseynov: Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatıb
13:55 23.09.2025
Emin Hüseynov: Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatıb
"Anam mənim ən ağrılı yerimdir" - Niyam  göz yaşı tökdü
13:37 23.09.2025
"Anam mənim ən ağrılı yerimdir" - Niyam göz yaşı tökdü