“Genişləndirilmiş “üçlük” Əfqanıstanla bağlı konsultasiyalarda maraqlıdır”

“Genişləndirilmiş “üçlük” Əfqanıstanla bağlı konsultasiyalarda maraqlıdır”
Siyasət
16:51 24.08.2021
1294
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Budapeştdə macarıstanlı həmkarı ilə birgə mətbuat konfransı keçirib.

Lavrov Əfqanıstandakı hadisələrə də toxunub.

Onun sözlərinə görə, Rusiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Əfqanıstan məsələsinin müzakirə edilməsinə hazırdır.

"Genişləndirilmiş "üçlüyün” (Rusiya, ABŞ, Çin və Pakistan nəzərdə tutulur – red.) bütün iştirakçıları Əfqanıstandakı vəziyyətin tənzimlənməsi ilə bağlı konsultasiyaların davam etməsində maraqlıdır”, - Lavrov söyləyib.
 
///Report
OXŞAR XƏBƏRLƏR